“2025-ci ilin yanvar-aprel aylarının rəsmi məlumatları onu deməyə əsas yaradır ki, artıq neft məhsullarında da xaricdən asılılığımız kəskin artır. Hətta ölkənin vizit kartı olan neft emalında da sürətlə geriləyirik”.
Mynews.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsi avtomobil benzininin istehsal həcminin illik müqayisədə (2025-cü ilin ilk 4 ayında, 2024-cü ilin ilk 4 ayına nisbətən) 17% azalaraq 424.4 min tona düşdüyünü bildirib:
“Azərbaycan bu ilin ilk rübündə xaricdən 53.3 min ton və ya 42.21 mln. dollar həcmində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin eyni dövrü ilə müqaisədə 5 dəfədən çox artım deməkdir. Yəni, adi Aİ-92 markalə benzini belə xaricdən alırıq, bunun üçün hər ay 15 mln. dollar vəsait xərcləyirik, bu gedişlə 2025-ci ildə tək Aİ-92 markalı benzin idxalına 180 mln. dollar xərcləməli olacağıq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub