Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,66 % azalaraq 67,17 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,61 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,49 ABŞ dolları və ya 0,74 % azalaraq 65,87 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub