Artıq martın 25-dən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük rüsumundan azad edilib. Bu, Nazirlər Kabineti 2017-ci il fevralın 23-də dərc edilən və bir ay sonra, martın 25-də qüvvəyə minən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Qərarında dəyişiklikdə əksini tapıb.
Mynews.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu qərar 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.
Maraqlıdır, bu, elektrik enerjisinin qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında bunun elektrik enerjisinin qiymətinə hər hansı təsirinin ola bilməyəcəyini deyib:
"Əksinə, bu, elektrik enerjisinin qiymətinin artımına gətirib çıxara bilər. Çünki bu, idxal olunan mazutdur, daxili məhsul deyil. İdxal olunan mazut isə xaricdən valyuta ilə alınır. Nazirlər Kabinetinin də qərarı ona yönəlib ki, mazutun əlavə dəyər vergisi olmasın. Yəni, energetiklər enerjinin maya dəyərinin bahalaşmasına əlavə gərginlik yaratmasın. İdxal olunan mazutun gömrük rüsumundan azad edilməsi bu baxımdan edilib".
Daxildə istehsal olunan mazutun keyfiyyətinə və həcminə gəlincə, ekspert qeyd edib ki, bu, sırf neftayırma zavodlarının funksionallığı ilə əlaqədardır:
"Əgər neftayırma zavodundan daha çox mazut ölkənin tələbatına uyğun istehsal olunsaydı, onda yüngül fraksiyalı neft məhsulları o qədər azalmış olardı. Yüngül fraksiyalı neft məhsulları isə yanacaq deməkdir. Yəni, avtomobil benzini, dizel yanacağı və kerosin. Bu məhsullar çox bahalıdır. Nəticə etibarilə gərək biz onları idxal edək. Mazutu isə böyük həcmdə idxal etmirik və onun qiyməti ucuzdur. İqtisadi baxımdan götür-qoy edilib bu addım atırlar. Azərbaycanda mazutu ancaq energetiklər istifadə edir".
cebhe.info
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub