“Əvvəlki qanunda 12 il iş stajı tələb olunurdusa, indi bu, aradan qaldırılır. Sadəcə pensiya hüququ qazanmaq üçün Dövlət Sosial Müdafiə Fonduna yığdığı kapitalın 110 manata çatması bəs edir ki, onu alsın. Şəxsin işlədiyi dövrdə DSMF-yə ödənişlər, təxminən 16 min manata qədər olmalıdır ki, minimum pensiya almaq hüququ qazansın. Bunun iş stajına aidiyyəti yoxdur".
Mynews.az-ın “Sputnik Azərbaycan”a istinadən verdiyi xəbərə görə, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri şərh edərkən belə deyib. “35 il iş stajı yalnız ona görə lazımdır ki, o şəxs 80 faizlə pensiya alsın. Əmək haqqının 80 faizi ilə pensiya almaq iddiası yoxdursa, ona az staj da kifayət edir” — M. Quliyev bildirib. Onun sözlərinə görə, şəxsin 65 yaşı tamam oldusa, onun yığdığı pensiya kapitalı minimum 110 manata çatırsa, pensiya almaq hüququ qazanır.
Deputat qeyd edib ki, həkim və müəllimlər ümumi qaydada 65 yaşı tamam olanda pensiya alacaqlar: “Belə ki, kişilərin yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq. Bunlar polis və hərbi qulluqçulara şamil olunmur və onlar əvvəlki qaydada pensiyalarını alacaqlar”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub