Energetika nazirinin müavini Orxan Zeynalovun sözlərinə görə, sabit tarifə aid xərclər aktiv istifadəçilər tərəfindən artıq mövcud istehlak tarifləri daxilində ödənilir və bu yanaşma əsas əhali istehlakçıları arasında əlavə maliyyə yükü yaratmayacaq.
Belə olan halda, sabit xərclərin mövcud tariflərdən ayrı tətbiqi məntiqlə elektrik və təbii qaz qiymətlərinin aşağı salınmasına gətirib çıxarmalıdır.
Həmçinin sabit tarifə aid xərclərin gələcəkdə istehlak edib-etməməsindən asılı olmayaraq bütün abonentlər arasında bölünməsi aktiv istifadəçilərin bu istiqamətdə məsrəflərinin azalması deməkdir.
Mynews.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Baku.TV-yə açıqlamasında belə düşünmədiyini deyir. O hesab edir ki, sabit tarifin tətbiqi qiymətlərin daha aşağı templə artmasına imkan verə bilər: "Sabiq tarifin tətbiqi gələcəkdə qiymətlərin dəyişmə sürətini azaldacaq. Çünki xərclərinin bir hissəsini sabiq tarif vasitəsilə abonentlərdən əldə edən qurumlar ziyanlarının bir qismini kompensasiya etdiklərinə görə qiymət artımı sürətlə baş verməyəcək. Bu, enerjidən az istifadə edənlər üçün müsbət şərait yaradacaq".
Məsələyə Energetika Nazirliyindən aydınlıq gətirilib. Qurumdan bildirilib ki, sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hazırda bununla bağlı hər hansı müzakirə aparılmır. Bununla belə, sabit tarifin gələcəkdə tətbiqinə müəyyən xərclərin elektrik enerjisi və təbii qaz tariflərindən ayrılması kimi yox, mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğrudur. Sabit tarifin gələcəkdə tətbiq olunması ilə istehlakçılar üçün mövcud tarif yükünün çox cüzi də olsa azalmasına iqtisadi zəmin yaranması ehtimalı var.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
454 dəfə oxunub
2
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
453 dəfə oxunub
3
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
453 dəfə oxunub
4
9-cu sinif şagirdi vəfat etdi - FOTO
443 dəfə oxunub
5
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
435 dəfə oxunub