Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təsisçiliyi ilə "Tumar Ventures" adlı yeni vençur fondu yaradılıb.
Mynews.az xəbər verir ki, bunu "İDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib.
"Bu, bizim üçüncü vençur fondumuzdur", - deyə o qeyd edib.
Xatırladaq ki, İRİA-nın təşəbbüsü ilə bu gün Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan "IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
"IDDA Awards" Azərbaycanda innovasiyaların təşviqinə, startapların yaratdığı qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqini stimullaşdıran mühüm platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub