Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin təsis olunması proseduruna başlamağı təklif edib.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev "Sarajevo Times" nəşrinə müsahibəsində bildirib.
"Azərbaycan əməkdaşlıq, qarşılıqlı hörmət və sülh şəraitində inkişafın tərəfdarıdır. Biz Bosniya və Herseqovinanı dost və mühüm tərəfdaş kimi görürük. Əminik ki, münasibətlərimiz hər iki ölkənin və gələcək nəsillərin rifahı naminə öz inkişafına davam edəcək. Bu kontekstdə Azərbaycan turizmin və biznesin inkişafını təşviq etməyə davam etmək niyyətindədir və bunun xalqların yaxınlaşmasına, vətəndaşlar üçün faydalı nəticələr yaradacağına inanır. Azərbaycanın Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin tətbiqi prosedurunu başlatmağı təklifi səyahət, turizm və sosial mübadilələri əhəmiyyətli dərəcədə asanlaşdıracaq", - o deyib.
Səfir hər iki ölkənin yüksəksəviyyəli səfərlərin artırılması, müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi və iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması üçün münasibətləri dərinləşdirməyə hazır olduğunu qeyd edib.
V.Quliyev, həmçinin vurğulayıb ki, Bosniya və Herseqovinanın Azərbaycandakı səfiri iki il əvvəl təyin edilmiş olsa da, ölkənin diplomatik nümayəndəliyi Bakıda hələ də açılmayıb. O, səfirliyin yaxın zamanda açılacağına və bunun ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəyinə ümid edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub