İngiltərənin baş naziri Tereza Mey bu gün ölkəsinin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı Lissabon anlaşmasının 50-ci maddəsini tətbiq etmək barədə Brüsselə (Avroparlament) rəsmi təkliflə bağlı məktubu imzalayıb.
Mynews.az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, imzadan sonra funt sterlinq dollarla müqayisədə 1,8% ucuzlaşaraq 1,2620 USD/GBP səviyyəsindən 1,2390 USD/GBP-yə düşüb.
Məktubun bu gün İngiltərənin Aİ-də daimi təmsilçisi Ser Tim Barrou tərəfindən Aİ-nin Şurasının sədri Donald Tuska ötürüləcəyi bildirilir.
“Report”un analitik qrupu funt sterlinqin bir qədər də ucuzlaşacağını və məzənnənin 1,22 USD/GBP səviyyəsinə kimi geriləcəyini proqnozlaşdırır.
Azərbaycanın nağd valyuta bazarında isə funt sterlinqin satış qiymətinin 2,10 AZN/GBP-yə qədər azalacağı ehtimal edilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub