ABŞ-da benzin ehtiyatları 18-24 mart həftəsində 3,7 mln. barel və ya 1,5% azalaraq 239,7 mln. barelə geriləyib.
Mynews.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) məlumat yayılıb. Proqnozlara görə, ilkin olaraq benzin ehtiyatlarının 1,89 mln. barel azalması gözlənilirdi.
Məlumatda bildirilir ki, hesabat həftəsində neft ehtiyatları 0,9 mln. barel və ya 0,2% artaraq 534 mln. barelə çatıb. Qeyd edək ki, "Reuters" agentliyi tərəfindən aparılan sorğuya əsasən, analitiklər neft ehtiyatlarının 1,357 mln., "Bloomberg" agentliyi isə 2 mln. barel artacağını proqnozlaşdırıb. Ehtiyatların proqnozlardan az artması, benzin ehtiyatlarının isə əksinə, daha çox azalma göstərməsi neft qiymətlərinin martın 29-dan etibarən artmasına səbəb olub. Belə ki, "Brent" markalı neftin qiyməti 2%-ə yaxın yüksələrək 52 dollar/barel həddini keçib.
Analitiklər yay avtomobil mövsümünün yaxınlaşması ərəfəsində benzinə tələbin artmasını bir neçə həftə sonra ABŞ-da neft ehtiyatlarının azalmasına gətirib çıxaracağını ehtimal edirlər. Aprel ayında OPEC təşkilatı neft hasilatının azalması ilə bağlı anlaşmanın müddətini daha 6 ay uzadarsa, o zaman sadalanan 2 müsbət amil neft qiymətlərinin kəskin artmasına gətirib çıxaracaq.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub