“Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Mərkəzi Bankı haqqında” qanun layihəsi müzakirə olunub.
Layihədə “Azərbaycan Mərkəzi Bankı haqqında” qanunun kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi ilə bağlı olan 49-1-ci maddəsinin ləğv edilməsi təklif olunur.
Qeyd edək ki, qanunun hazırda qüvvədə olan bu maddəsinə əsasən, Azərbaycan Mərkəzi Bank (AMB) sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini AMB-nin İdarə Heyəti müəyyən edir.
Qanunun 49-1.2-ci maddəsinə əsasən, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası AMB-nin razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, tənzimləyici emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub