Abşeron rayonu Xırdalan şəhərinin bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.
Mynews.az xəbər verir ki, Xırdalanın 28-ci məhəllə adlanan ərazisi saat 11:00 radələrindən etibarən işıqsız qalıb.
Məhəllənin sakinlərinin sözlərinə görə, “Azərişıq” ASC-nin əməkdaşları problemi aradan qaldırmaq istəsə də, 4 saatdan artıq (saat 15:10-dək - red.) vaxt ərzində buna nail olmaq mümkün olmayıb.
“Artıq 4 saatdır ki, işıq üzünə həsrətik. “Azərişıq” səhər bəyan edib ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Amma bu bəyanatdan bir qədər sonra işıq kəsilib və hələ də işıq üzünə həsrətik”, - deyə məhəllənin 16-cı binasının sakinlərindən biri bildirib.
“Azərişıq” ASC-dən isə bildiriblər ki, hadisə yerində çalışan qəza xidmətinin əməkdaşları problemi aradan qaldırmaq üzrədir və elektrik enerjisinin təchizatı tezliklə bərpa olunacaq.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub