Bu gün Azərbaycanda yumurtanın satışında kəskin ucuzlaşma qeydə alınıb.
Bir müddət öncə marketlərdə yumurtanın 1 ədədi 17 qəpiyə satılırdısa, indi qiymət orta hesabla 8 qəpiyə düşüb. Kənd yumurtasının satış qiyməti 10 qəpiyə düşüb. Müşahidə olunan ucuzlaşma sakinlər tərəfindən də təəccüblə qarşılanıb.
Maraqlıdır, iqtisadi böhran olduğu bir vəziyyətdə yumurtanın qiymətinin birbaşa 8 qəpiyə qədər ucuzlaşmasına səbəb nədir?

Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev Sonxeber.az-a açıqlamasında yumurtanın ucuzlaşmasını istehsalın artımı ilə əlaqələndirib.

Onun sözlərinə görə, ucuzlaşmanın əsas səbəbi bu gün ölkədə yumurta istehsalının çoxluğu və əhalinin yumurtaya olan tələbatının yerli istehsal hesabına tam təmin olunması ilə əlaqədardır.
"Bayramdan sonra yumurtanın qiymətində ucuzlaşma müşahidə edilib. İstehsal həddən artıq çoxdur. Yumurtanın maya dəyəri 14 qəpik olduğundan 6-8 qəpiyə satılır. Müəyyən müddət sonra isə qiymətlərdə tənzimlənmə müşahidə olunacaq".
Aydın Vəliyev yumurtanın istehsal qiymətləri ilə bazarlardakı qiymətlərin fərqinə də toxunub. O qeyd edib ki, marketlərdə, bazarlarda yumurtanın istehsal qiymətindən baha satılmasına əngəl ola bilmirlər:
"Dəfələrlə yumurtanın istehsal qiymətindən baha satılmaması üçün market rəhbərlərinə xəbərdarlıq etmişik, buna baxmayaraq onlar yenə də istədikləri qiymətlə satış edirlər".
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub