Dollar ucuzlaşıb

630
Dollar ucuzlaşıb

Ötən cümə günü qanunsuz valyuta alverçiləri 1 Dolları 1.7280 manata alıb, 1.7350 manata satırdılar.

Mynews.az-ın verdiyi məlumata görə, bu gün isə “qara bazar” Dolları 1.71 manatdan alıb, 1.73 manata satır. Qeyd edək ki, bu gün bir sıra banklar Dolları “qara bazar”dan baha qiymətə alırlar. Məsələn, Dolları Bank of Baku, GünayBank və ExpressBank 1.72 manatdan, Unibank isə 1.7210 manatdan alırlar. Bu səbəbdən “qara bazar”da dolların daha da düşəcəyi gözlənilir.

BANKLARDA DA DÜŞÜR

Bu gün banklarda dolların düşdüyü müşahidə edilir.

Bu gün ötən cümə günü ilə müqayisədə dolların alış qiymətini Amarahbank 1.72 manatdan 1.71 manata, satışını 1.74 manatdan 1.7380 manata, AtaBank alışı 1.75 manatdan 1.7450 manata, Express Bank satışı 1.74 manatdan 1.7380 manata, Unibank alışı1.7230 manatdan 1.7210 manata, satışı isə 1.74 manatdan 1.7340 manata endirib.

NBC Bank alışı 1.72 manatdan 1.7150 manata, satışı isə 1.7440 manatdan 1.7350 manata, Yapı Kredi Bank Azərbaycan alışı 1.71 manatdan 1.7050 manat, satışı isə 1.75 manatdan 1.74 manata endirib.

Nikoil, Kapital Bank, AFB bank, Bank Respublika, Bank VTB (Azərbaycan), Muğan Bank, Paşa Bank, Rabitəbank daxil olmaqla bu kimi banklarda   dolların satış qiyməti 1.75 təşkil edir.  SİA

Xəbər lenti