Fevraldan başlayaraq dolların məzənnə qiymətinin geriləyərək sabitləşməsi aprel ayından başlayaraq qiymətlərin də aşağı düşməsinə səbəb olub.
Mynews.az Qafqazinfo.az saytına istinadən xəbər verir ki, “Marja”nın bu haqda yaydığı xəbərdə bildirilir ki, marketlərdə çay, kofe, tomat, duru yağ, şkolad və s. kimi bir sıra idxal məhsullarının qiymətlərinin aşağı salındığı müşahidə olunur. Məsələn, “Tess” çayının qiyməti 2.07 manatdan 1.55 manata endirilib.
Bir sıra yerli istehsal mallarında da qiymət endirimi olduğu müşahidə edilir. Bu, xammalın və taranın alışının manat ilə ifadədə düşməsilə bağlı ola bilər.
Sayt yazır ki, əgər dolların məzənnəsi sabit qalarsa, qarşıdakı günlərdə bir çox idxal malları ucuzlaşa bilər.
Qeyd edək ki, fevral və mart ayında manat dollar qarşısında təxminən 10% gücələnib.
Fevral ayında iri idxalçılardan biri olan “Veysəloğlu” şirkətlər qrupu bəyan etmişdi ki, “Dolların məzənnəsi yaxın bir ayda enməyə davam edərsə, qiymətlər də düşəcək. Bu, enməkdə olan kursun nə dərəcəsdə sabit qalmasından çox asılıdır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub