Ötən il ölkəmizə gələn turistlərin sayında əvvəlki illərə nisbətən 11 faiz artım müşahidə olunub. Belə ki, 2016-cı ildə Rusiyadan gələnlərin sayında 7,1 faiz, İrandan gələnlərin sayında 58 faiz, Qazaxıstandan gələn turistlərin sayında isə 15,8 faiz artım olub.
Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, yola saldığımız ildə ölkəmizə daha çox İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Rusiya, Qazaxıstan və İrandan turist gəlib. “Elektron viza tətbiq edildikdən sonra Azərbaycana maraq göstərən turistlərin sayı artıb. Artıq İndoneziya, Sinqapur, Hindistan, Malayziya və Pakistan kimi uzaq ölkələrin turistləri də Azərbaycana maraq göstərirlər. Bu il mart ayından başlayaraq xarici ölkə vətəndaşlarının ölkəmizə axını gözlənilir”, - deyə M.Ağakəromov söyləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub