Guana bana, karanbula, kakanit, rabutan, marakuya... Bunlar paytaxt bazarlarında piştaxtaları bəzəyən ekzotik meyvələrdir. Qiymətləri növünə görə dəyişən bu meyvələrə maraq az deyil.
Əsasən, Cənubi Amerikadan gətirilən bu meyvələr arasında bizim üçün ənənəvi hesab edilən böyürtkən, qarağat, çiyələk və alça kimi meyvələr də var ki, indi ölkəmizdə onlar qeyri-mövsümi meyvələr sayılır. Ən çox maraq çəkən meyvələrdən biri də ranbutandır. Alıcısı çox olan bu meyvənin kilosu 40 manatdan başlayır.
Digər maraqlı meyvələr isə kentmanqo və kakanitdir. Bu meyvələr manqo və kakosun fərqli bir növü olsa da, alıcıları kifayət qədərdir. Ən maraqlı və daha çox dərman kimi istifadə olunan guana bana və marakuya meyvələrinə isə daha çox əsəb və xərçəng xəstələri üstünlük verirlər.
Qiymətləri ucuz olmasa da, bu meyvələrə xaricilər qədər yerli insanların da marağı böyükdür.
Bu meyvələr arasında ən çox alınanı guana bana və manqostindir.
Mynews.az Xəzərxəbər.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub