Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) faiz artırmaq üçün baxdığı mühüm bir göstərici - kənd təsərrüfatı xaric məşğulluq məlumatı açıqlanacaq.
Mynews.az-ın məlumatına görə, Oxu.Az "Marja"ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq mart ayı məşğulluq göstəricisinin 180 min olacağı gözlənilir. Yanvarda qeyri-kənd təsərrüfatında məşğulluq 235 min artmışdı.
Eyni zamanda, məlumatda mart ayında ABŞ-da işsizlik nisbətinin 4,7%-də qalacağı, orta saatlıq maaşların 0,2% artacağı gözlənir. Fevralda ABŞ-da işsizlik 4,7% olmuş, orta saatlıq maaşların artımı isə 0,2% təşkil etmişdi.
Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa, dolların bahalaşacağı və FED-in daha çox faiz artıracağı ehtimalının güclənəcəyi gözlənilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub