Bakı şəhəri, Nəsimi rayonunun bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Mynews.az xəbər verir ki, “Azəriqaz”İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nəsimi rayonu, A.Qurbanov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində sızma aşkar olunub.
Qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğu nəzərə alınaraq, sızmanın aradan qaldırılması üçün təmir işlərinin axşam saatlarında görülməsi qərara alınıb.
Bu səbəbdən bu gün saat 21:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun, Ağadadaş Qurbanov, Bakıxanov, Nəcəfbəy Vəzirov, Hüseynqulu Sarabski və Cəlil Məmmədquluzadə küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.
Azəriqaz İB-yi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub