“Azərbaycanda süni qiymət artımı ən çox dərman bazarında müşahidə olunur”.
Mynews.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Süni qiymət artımına yol verilməməlidir” fikrini şərh edəkən deyib.
Deputat bütün çıxışlarında süni qiymət məsələsinə toxunduğunu qeyd edib:
“Azərbaycanda süni qiymət artımı həddən artıq böyükdür. Biri var obyektiv, biri də var subyektiv qiymət. Obyektiv qiymət odur ki, hansısa məhsulu, yaxud xammalı xarici ölkədən gətirirlər.
Dolların məzənnəsi artıqca da məhsulun qiyməti qalxır. Subyektiv qiymət artımında isə məhsul 2-3 qat baha qiymətə satılır. Bu hallar Azərbaycanda mövcuddur”.
Deputat qeyd edib ki, süni qiymət artımı Azərbaycanda insanlara böyük əziyyət verir:
“Bunun qarşısını almaq üçün həmişə məsələni gündəmdə saxlamalıyıq”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub