Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (SOFAZ) birgə keçirdiyi bugünkü valyuta hərracına çıxarılan vəsait kommersiya bankları tərəfindən tam həcmdə alınmaya bilər.
Mynews.az xəbər verir ki, “Report”un analitik qrupu bildirir ki, aprelin 6-da keçirilən son valyuta hərracında kommersiya bankları hərraca çıxarılan 35 mln. ABŞ dollarının təxminən 7 mln.-luq hissəsini alıb.
Bu da onu proqnozlaşdırmağa əsas verir ki, bu gün və ya yaxın həftələrdəki hərraclara çıxarılacaq vəsait, ümumiyyətlə, satılmaya bilər.
Bunun digər bir səbəbi də əhali tərəfindən nağd valyuta bazarına böyük miqdarda valyutanın satışa çıxarılması ilə bağlıdır.
Məhz izafi valyuta təklifi nağd valyuta bazarında dolların məzənnəsinin rəsmi məzənnədən xeyli aşağı düşməsinə səbəb olub.
Belə ki, bu günə AMB-nin rəsmi məzənnəsi 1,7031 AZN/USD olsa da, nağd valyuta bazarında dolların satış məzənnəsi 1,6500 AZN/USD səviyyəsinə, yəni rəsmi məzənnədən təxminən 3% aşağı düşüb.
“Report”un analitik qrupu bugünkü hərracda rəsmi məzənnənin 1,70 AZN/USD səviyyəsindən aşağı düşəcəyini ehtimal edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub