Bu gün axşam 22:00-dan Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
“Azəravtoyol” ASC-dən Mynews.az-a verilən məlumata görə, rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.
“Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək”, - deyə məlumatda vurğulanıb.
Bundan başqa, sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.
Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək.
“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub