Azərbaycanda daha bir bank ləğv olunur

758
Azərbaycanda daha bir bank ləğv olunur

Yanvarın 25-də Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə lisenziya ləğv edilən “Yunayted Kredit Bank” ASC-nin ləğvetmə prosesinə başlanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından oxu.az-a verilən məlumata görə, bununla bağlı Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) 2 fevral 2016-cı il tarixində “Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olaraq məktub göndərib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2016-cı il tarixli qərarı ilə bank müflis elan edilib.

Qərardan “Yunayted Kredit Bank” ASC tərəfindən apellyasiya şikayəti verildiyindən bankın ləğv edilməsi və ƏSF tərəfindən qorunan əmanətlər üzrə kompensasiya ödənişlərinə başlanması mümkün olmayıb.

15 mart 2017-ci il tarixində Ali Məhkəmədə bankın şikayət ərizəsinə yekun baxış keçirilib və bankın müflis elan olunması və iflas prosedurlarına başlanmasına dair əvvəlki instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb. Beləliklə, bankın 2 fevral 2016-cı il tarixinə qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsi üçün maneə aradan qaldırılıb.

Hazırda MBNP tərəfindən ləğvetmə prosesində olan “Yunayted Kredit Bank” ASC-nin dəyişməsi və ƏSF-nin ləğvedici təyin edilməsinə dair prosedurlara başlanılıb. Məhkəmə prosesi davam etdiyi dövrdə bankda hər hansı uçot qeydləri və əməliyyatlar aparılmadığına görə MBNP tərəfindən son maliyyə hesabatlarının inventarizasiyasına başlanılıb. Habelə, ƏSF ilə birlikdə kreditorların reyestrinin dəqiqləşdirilməsi aparılır. Bu prosesin cari ilin 14 aprel tarixinə qədər bitməsi planlaşdırılır. Əmanətçilərin reyestr məlumatları dəqiqləşdirildikdən sonra onlara qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq. ƏSF bu barədə ictimaiyyəti əlavə olaraq məlumatlandıracaq.

Xəbər lenti