Azərbaycana qaçaqmalçılıq yolu ilə vaxtı keçmiş yaşlı noxud gətirilib.
Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, bu fakt "Bonduelle" yaşıl noxudlarını araşdırarkən ortaya çıxıb:
"Şikayətçi Zemfira Rəhimova Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən mağazadan 1 manat 90 qəpiyə dəmir bankada qablaşdırılımış "Bonduelle" yaşıl noxud alıb. Açanda ondan pis iyi gəldiyini görüb və məhsulun istehsal tarixinə baxıb. Görüb ki, noxudun üstündə olan istehsal tarixi silinib. Şikayətçi bu gün tezdən noxudu qaytarmaq üçün həmin mağazaya aparıb. Lakin orada dava, hay-küy düşüb."
Eyyub Hüseynov qeyd edib ki, qurum "Bonduelle" yaşıl noxudları ilə bağlı araşdırma aparıb:
"Biz bununla bağlı təhqiqat apardıq. Məlum oldu ki, Azərbaycanda "Bonduelle" yaşlı noxudlarının iki variantı var. Birinci qabda qablaşdırılmada istifadə olunan dəmir bankaların üstündə noxudla bağlı iki dildə məlumat və istehsal olunan günlə yanaşı müddəti də yazılıb. İkinci qabda isə Azərbaycan dilində noxudla bağlı məlumat yaılmayıb. Bundan əlavə həmin dəmir bankaların üstündə noxudun yalnız istehsal ili,günü, ayı yazılıb. Bütün bu araşdırma onu deməyə əsas verir ki, "Bonduelle" Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilib."
Eyyub Hüseynov həmin noxudun insan həyatı üçün təhlükəli olduğunu vurğulayıb: "Dövlət orqanlarına məlumat verilib. Bunun qarısı alınmalıdır."

1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub