Azərbaycan kommersiya bankları hərracdan sonra valyuta məzənnəsinə yenidən dəyişiklik edib.
Mynews.az Fins.az-a istinadən xəbər verir ki, dolların hərracda ucuzlaşmasına baxmayaraq, bir çox bank Amerika valyutasını daha da bahalaşdırıb.
Belə ki, səhər saatları ilə müqayisədə “VTB Bank Azərbaycan” dolların alış məzənnəsini 1 qəpik bahalaşdırıb. İndi bank ABŞ valyutasını 1,6400 manata alır. Satışı isə 1,7080 manatdan 1,7120 manatadək qalxıb.
“Bank Avrasiya”da dolların alışı 1,5 qəpik artıb. Belə ki, bu bankda alış 1,6700 manatdan 1,6850 manata qalxıb. “Turanbank”, “Yapı Kredi Bank Azərbaycan” və “Ziraat Bank Azərbaycan” isə yalnız dolların satış məzənnəsinə dəyişiklik edib:
“Turanbank” 1 qəpik bahalaşdırıb - 1,7000 manatdan 1,7100 manatadək; “Ziraat Bank Azərbaycan” 0,50 qəpik bahalaşdırıb - 1,7050 manatdan 1,7100 manatadək;
“Yapı Kredi Bank Azərbaycan” isə 0,7 qəpik ucuzlaşdırıb - 1,7050 manatdan 1,6980 manatadək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub