2016-ci ildə Azərbaycana gələn turistlərin sayında artım qeydə alınıb. Ötən ildə ölkəmizə gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11,7 faiz artım deməkdir. Mynews.az-ın verdiyi xəbərə görə, ümumilikdə ölkəmizə daha çox Rusiya (33 faiz), Gürcüstan( 22,5 faiz), Türkiyə (13,9 faiz) və İrandan (10,9 faiz) gələnlər çoxluq təşkil edib.
Bununla yanaşı, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması, sözügedən ölkələrdən Azərbaycana səyahət edən turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.
2015-ci illə müqayisədə 2016-cı ildə ölkəmizə İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub