“Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının qəbulundan bu günədək Bakı şəhərinin yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan 80 ərazi planlaşdırma sənədindən 60-ı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılıb.
Bu isə öz növbəsində ümumi yaşayış sahəsi 2,6 milyon kvadratmetr olan 245 hündürmərtəbəli yaşayış binası və ya 25000 mənzil deməkdir”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “İnşaatçı” qəzetinə (qurumun rəsmi nəşri - red.) müsahibəsində bildirib.
“Artıq real olaraq söküntü işlərinə və əhalinin köçürülməsinə başlanılıb. Eyni zamanda onlarla hündürmərtəbəli yaşayış binaları artıq tikilir. 5 il müddətinə nəzərdə tutulmuş bu böyük tikinti layihəsi bugünkü templə davam edərsə, uğurla həyata keçiriləcək.
Vətəndaşlar yeni mənzillərə köçürülür, qəzalı binalardan canı qurtarır, eyni zamanda, həmin vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30% daha böyük ölçüdə təmirli mənzillər verilir.
Həmçinin, yeni binaların tikildiyi müddətdə sakinlər sahibkarların hesabına şəhərdə kirayə evlərdə, yaxud da sakinlərin əvvəl yaşadıqları həmin ərazidə tikilmiş əsas binanın mənzillərində müvəqqəti yaşayış yeri ilə təmin edilirlər.
Bunu sakinlərin heç bir xərc çəkmədən qəzalı vəziyyətdə olan mənzillərinin, yeni, daha rahat və geniş mənzillərlə əvəz olunduğu sosial mənzillər hesab etmək olar.
Çünki köhnəlmiş və qəzalı vəziyyətdə olan həmin binalar istismar müddətini başa vurduğu üçün artıq həmin binaların sakinləri üçün real təhlükə mənbəyinə çevrilmişdi. Məhz bu layihə həmin problemləri vaxtında həll edə biləcək sosialyönümlü vacib tədbirlərdəndir”, - deyə komitə sədri deyib.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub