Fransada prezident seçkisinin ilk turunun ardından qızılın qiyməti ucuzlaşıb. Buna səbəb isə iqtisadi inkişaf yönümlü Emmanuel Macronun seçkinin ikinci turunda qələbə qazanacağı və bunun nəticəsində investorların riskli aktivlərə yönəlməsilə qızılın qiyməti düşüb.
Mynews.az-ın məlumatına görə, Milli.Az marjaya-ya istinadən xəbər verir ki, qızıl 1.5 faiz olmaqla 2 martdan bəri ən kəskin şəkildə ucuzlaşaraq unsiyası 1265.51 dollara qədər endikdən sonra, 1273.64 dollara gəlib. Qızıl və yen ucuzlaşarkən avro güclü yüksəlib.
ABŞ dolları Avro qarşısında, Fransada prezident seçkisinin ilk turunun nəticəsi məlum olduqdan sonra ucuzlaşıb. Ən yüksək səsi yığan Yürüş Hərəkatının lideri Emmanuel Macron və həddindən artıq sağçı Milli Cəbhə Partiyasının lideri Marina Le Pen 7 Mayda keçiriləcək ikinci tur səsverməsində yarışacaqlar. Keçirilən sorğular, ikinci turu Macronun qazanacağına işarə edir. Avropa Birliyi və Avro əleyhdarı Le Penin seçkini uduzacağı gözlənilir və bu da Avronun bahalaşması ilə nəticələnir.
Həmçinin Macronun ikinci turda iştirak etməyə haqq qazanması, yarışın Avropa Birliyi Əleyhdarı Le Pen ilə Kommunistlərin dəstəklədiyi Jean-Luc Melenchon-un arasında keçəcəyi senarisini aradan qaldırıb və bu vəziyyət, Avroya münasibətdə risklərin azalmasına və investorların riskli aktivlərə yönəlməsinə səbəb olub.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub