“Dolların ucuzlaşması müvəqqəti xarakter daşıyır” şok açıqlama

626
“Dolların ucuzlaşması müvəqqəti xarakter daşıyır” şok açıqlama

“Azərbaycanda dolların qiymətinin müəyyən qədər aşağı düşməsinin səbəblərindən biri ölkəyə gələn turistlərlə bağlıdır”.

Mynews.az-ın verdiyi məlumata görə, bunu açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, hazırda Maliyyə Nazirliyi dollarla bağlı müəyyən siyasət aparır:

“Bu siyasət ondan ibarətdir ki, manat müəyyən qədər qorunub saxlanılsın. Ola bilsin ki, bu yay ayları olduğu üçün Azərbaycana gələn turistlərlə əlaqədardır. Həm də nəzərə alaq ki, bu ilin yayında Azərbaycanda İslam Həmrəyliyi Oyunları və “Formula 1” yarışları da təşkil olunacaq. Bu baxımdan da sözügedən yarışlarla əlaqədar Azərbaycana müəyyən qədər xarici valyutanın gəlməsi ciddi əhəmiyyət kəsb edir. Bu amil dolların da ucuzlaşmasına təsir edir”. 

Deputat qeyd edib ki, ancaq bütün bunlar müvəqqəti xarakter daşıyır: 

“Çünki dünyada neftin qiymətində ciddi bahalaşma müşahidə edilmir. Digər tərəfdən isə hökumət qurumları idxalın həcmini xeyli azaldıblar. Yəni, indi lazımsız məhsullar Azərbaycana gətirilmir. Bununla ixrac əməliyyatlarında müsbət saldoya nail olublar. Ancaq bu sahəyə diqqəti və nəzarət mexanizmini daha da gücləndirmək lazımdır ki, prosesin müddəti daha çox davam etsin”.

V.Əhmədov vurğulayıb ki, Azərbaycanda real sektorun inkişafı üçün müəyyən qədər manat qıtlığını aradan qaldırmaq lazımdır:

“Çünki real sektoru inkişaf etdirmək istəyən sahibkarlar kredit almaqda əziyyət çəkirlər. Bu problemlər aradan qalxandan sonra dollar müəyyən qədər bahalaşa bilər”. 

Xəbər lenti