Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.
Bu qanun layihəsi kredit alınması zamanı girov qismində avadanlıq və digər daşınar əmlakın istifadəsinin sadələşdirilməsinə imkan verəcək.
Qanun layihəsində yüklülük predmetinin satışı, satışdan əldə olunan gəlirlərin paylaşdırılması, daşınar əmlakın qeydiyyat qaydaları və digər məsələlər əksini tapıb. Daşınar əmlak reyestri kredit təşkilatlarına girov qismində təqdim olunan obyektin digər borcla bağlı girov obyekti olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq təminatı İdarəsinin rəhbəri Nurlan Babayevin sözlərinə görə, qanun çərçivəsində xüsusi portal yaradılacaq və bu portal vasitəsilə hər kəs öz daşınar əmlakını qeydiyyata alaraq gələcəkdə girov qismində istifadə edə biləcək. //trend
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub