Yaxın aylarda Azərbaycanda valyutadəyişmə məntəqələri yenidən fəaliyyətə başlayacaq.
Bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, bununla bağlı Milli Məclisin aprelin 25-də keçiriləcək iclasında "Valyuta tənzimi haqqında" qanuna bir sıra əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur:
"Bu məsələ ilə bağlı komitə iclasında ümumi razılıq da əldə olunub. Ancaq müəyyən məqamlar var ki, hazırda onların üzərində işlənilir. Qanuna sözügedən əlavə dəyişiklik yaxın 1-2 ay ərzində mümkün olacaq. Yəqin ki, sözügedən dəyişikliklər qəbul edildikdən və Prezident tərəfindən təsdiq olunduqdan sonra isə valyutadəyişmə məntəqələri açılmağa başlayacaq".
Xatırladaq ki, dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində baş verən devalvasiya ilə əlaqədar 2016-cı ilin yanvarından etibarən Azərbaycanda fəaliyyət göstərən bir çox valyutadəyişmə məntəqələri bağlanıb.

Ölkə.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub