Yaxın günlərdə Azərbaycanda un və un məhsullarının qiyməti qalxa bilər.
Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib. Onun sözlərinə görə, manat dəyərdən düşdükcə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar yaranacaq:
“Azərbaycan idxaldan asılıdır. İdxal da inhisardadır. İnhisarçılar çalışır ki, daha çox qazanıb, gəlir əldə etsinlər. Belə olan halda, daxili istehsal zəif olduğu üçün və manat dəyərdən düşdükcə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar yaranacaq. Ona görə ki, ölkəyə dollarla gətirilən məhsullar Azərbaycanda manatla satılır. Bu halda unun qiymət artımı un məhsullarının artımına səbəb olacaq. Bu birmənalıdır.”
Vahid Məhərrəmov qeyd edib ki, un və çörəyin qiymətini hər bir sahibkar özü müəyyən edəcək: “Elektrik enerjisinin və qazın qiymətinin artması sahibkarın xərcini artırır. Sahibkar da istəyir ki, çəkdiyi xərcin müqabilində gəlir əldə etsin. Əlbəttə, indiki halda çörəyin qiyməti mütləq artacaq. Yaxud da keyfiyyətinə təsir edəcək.”
Çörəyin qiymətinin nə zaman qalxması məsələsinə gəldikdə isə, ekspert bunu inhisarların marağından asılı olduğunu deyib: “Çörəyin qiymətinin qalxması sabah da baş verə bilər, bu gecə də. Bu inhisarçıların marağından asılıdır. Qiymət hər an dəyişə bilər.”(AzNews.az)
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub