Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri, nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş.
Mynews.az xəbər verir ki, “gununsesi.info”nun iş adamına yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına “VTB Bank”dan kreditlə götürüb.
Avtomobili almaq üçün 900 min dollar “VTB Bank”dan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.
Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.
Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl tanınmış banklardan birinə külli miqdarda borcu ilə gündəmə gəlmişdi.
DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub