Azərbaycanda ABŞ dollarının ucuzlaşması prosesi davam edəcək. "Report"un analitik qrupu bildirir ki, buna səbəb kimi qlobal bazarda neftin qiymətinin may ayından etibarən gözlənilən bahalaşması, Bakıda keçirilən beynəlxalq tədbirlərin turist axınını gücləndirməsi və ümumiyyətlə, turizm mövsümünün başlaması, sərt monetar siyasət nəticəsində dollara tələbatın azalması amillərini göstərmək olar.
Bununla yanaşı analitik qrup bildirir ki, hazırda valyuta bazarında maraqlı paradoks yaranıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə keçirdiyi son valyuta hərracında rəsmi məzənnə dəyişməyərək 1,7025 AZN/USD səviyyəsində qalıb. Hərracda kommersiya banklarının iştirak etdiyi bildirilir: "Lakin, hazırda nağd valyuta bazarında dollar bir çox bankda rəsmi məzənnədən aşağı satılır. Bu proses bir neçə həftədir davam edir. Hətta, bir müddət əvvəl kommersiya banklarının dolları rəsmi məzənnədən 3%-dən də çox aşağı satdığı müşahidə edilib. Yəni, başqa sözlə, banklar zərər edir və ya gözləntilərlə əlaqədar nagd satış məzənnəsini aşağı salmaq məcburiyyətindədir".
"Report"un analitik qrupu valyuta bazarında cari vəziyyəti təhlil edərək bildirir ki, kommersiya banklarının dolları rəsmi məzənnədən ucuz satmasına səbəb dolların məzənnəsinin gələcəkdə ucuzlaşması gözləntilərinə bağlıdır: "Yay aylarında nağd dolların orta məzənnəsinin 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi proqnozlaşdırılır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub