Şirkət işçi axtarır

868
Şirkət işçi axtarır
Veysəloğlu Şirkətlər Qrupu maliyyə analitiki vəzifəsinə vakansiya elan edir. Fins.az-ın məlumatına görə, iqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində ali təhsilli, maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlər işlə bağlı müraciət edə bilərlər.   Vəzifə öhdəlikləri: – Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək – Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili – Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi – Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.   Namizədə tələblər:   – İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil – ACCA , CIMA CFA üzrə biliklər, – Ümumi IFRS-i biliyi – Maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi – Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması; – Problemlərin həll etmə bacarığı; – Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;   Əmək haqqı:    Namizəddən asılı olaraq müəyyən ediləcək. Maraq göstərən şəxslər CV-lərini “mövzu” yerinə “Maliyyə Analitiki” sözünü qeyd etməklə [email protected] mail adresinə göndərə bilərlər.

Xəbər lenti