Polis gənclərin intim görüntüləri ilə bağlı araşdırmalara başladı - VİDEO
![](https://img.mynews.az/news/2017/05/photo_10015.jpg)
“18 yaşı tamam olan insanların şəxsi həyatına polisin videoçəkilişlə müdaxilə etməsi, daha sonra həmin videonun ictimaiyyətə təqdim olunması ciddi qanun pozuntusudur”.
Mynews.az-ın məlumatına görə, bunu İstiPress-ə hüquqşunas Ələsgər Məmmədli polisin gənclərin intim münasibət üçün kirayələdikləri evə girərək videoçəkiliş etməsinə rəy bildirərkən deyib.
Həmin anın videosu kütləvi informasiya vasitələrində yayılıb.
Ə.Məmmədli bildirib ki, əgər həqiqətən də söhbət hansısa “xidmət”dən getsəydi, bu məsələ başqa bir kontekstdə gündəmə gələ bilərdi.
“Çəkilişlər edilə bilər, lakin bu, məhkəməyə təqdim olunması üçün edilməlidir. Sübut üçün götürülə bilər. Məhkəməsiz insanların özəl həyatına müdaxilə etmək və həmin videonu yaymaq bilavasitə qanun pozuntusudur. Konstitusiyanın 32-ci maddəsi çox aydın şəkildə şəxsi həyatın qorunması prinsipini mənimsəyir. Buna müdaxilənin yolverilməz olduğu bildirilir. Bu polislərə də aiddir, birbaşa hüquq pozuntusudur”, - deyə Ələsgər Məmmədli bildirib.
Hüquqşünas onu da əlavə etdi ki, əgər həqiqətən də polis evə basqın edərək videoçəkiliş aparıbsa, bu, Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə cinayət məsuliyyəti yaradır.
Hüquq-mühafizə orqanlarındakı mənbə isə İstiPress-ə bildirib ki, sözügedən video həvəskar çəkilişdir. Polisi gözdən salan videonu çəkənlərlə bağlı araşdırmalara başlanılıb. Həmin şəxslər hüquq çərçivəsində cəzalandırılacaq.
Xatırladaq ki, Bakıda polis olduğu iddia edilən naməlum şəxslər gənclərin intim münasibət üçün kirayələdikləri evə basqın ediblər. Çəkilişi görən iki oğlan, eləcə də onlarla olan qızlar bir anlıq özlərini itiriblər, hətta bu işdə bir-birlərini günahlandırıblar. Bu haqda goldnews.az xəbər dərc edib.
Gənclər çəkilişin dayandırılmasını tələb etsə də, polis əməkdaşları çəkilişi dayandırmayıblar.
Hadisə
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB)
- 10-cu sinif şagirdi vəfat etdi
- Ölümündən əvvəl nişanlısına dəfələrlə mesaj yazıbmış - Yeni detallar
- Qurban bayramının namaz vaxtı AÇIQLANDI
- Tez-tez əsnəmək xəstəlik əlaməti ola bilər - Diqqətli olun!
- Bakıda AİLƏ FACİƏSI - ana və qızını...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1176 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1132 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1121 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1051 dəfə oxunub