Daxili İşlər Nazirliyi (DİN) vəzifəli şəxsin törətdiyi qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, aprelin 29-da Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi “Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub.
Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib. T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
F.Qasımov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Mətbuatın yaydığı məlumata görə, F.Qasımov Nəqliyyatda Baş Polis İdarəsinin Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisidir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub