Bakının mərkəzində qadını öldürən Rusiya vətəndaşı tutuldu YENİLƏNİB

501
Bakının mərkəzində qadını öldürən Rusiya vətəndaşı tutuldu YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.Mynews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 30-da Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Yelena Sandradinovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

*****

9:11

Bakıda qətl törədilib.

Səbail rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Neftçilər prospekti, 93 ünvanında, Qız qalasının yaxınlığında üzərində xəsarətlər olan qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə  onun qətlə yetirildiyi müəyyənləşib.

Məlum olub ki, qətlə yetirilən qadın Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yelena Viktorovna Sandrandinovadır. Qətlin iştirakçısı olmaqda şübhəli bilinən 2 kişi və 1 qadın tutulub. Onlar Zyikov Samir Nərimanoviç, Razumıy Dmtirti Aleksandroviç və Alla adlı qadındır.

İlkin məlumata görə, onlar evdə kef məclisi qurublar, sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində qadın öldürülüb və meyiti Qız Qalasının yanına atılıb.

Araşdırmalar davam edir.

Xəbər lenti