Rusiyanın Barnaul şəhərində ağır yol qəzası baş verib.
Mynews.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, təqib edilən “BMW X5” avtomobilinin sürücüsü sərxoş vəziyyətdə Dmitrova küçəsi ilə hərəkət edib.
Sürücü işıqforun qadağanedici işığında yol kəsişməsinə daxil olduğu zaman ölümlə nəticələnən qəza törədib. “BMW” “Lada Largus” markalı avtomobillə toqquşduqdan sonra işıqforun yaşıl işığında piyada keçidi ilə hərəkət edən qızı vurub. Qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
“Lada Largus”un sürücüsü də hadisədən sonra xəstəxanaya yerləşdirilib. “BMW X5” avtomobilinin 1993-cü il təvəllüdlü sərxoş sürücü tərəfindən idarə edildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub