Bakıda bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı bəzi faktlar məlum olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, aprelin 27-də özünü asaraq intihar edən Sulutəpə qəsəbə sakini, 50 yaşlı Həbib Mirzəyevin sabiq polis əməkdaşı olub.
O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb.
Məlumata görə, H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb. Məktub cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən götürülüb. Həmin məktubda nə yazılması barədə ailə üzvləri məlumatsızdır.
Onu da əlavə edək ki, H Mirzəyev intihar etməzdən bir neçə dəqiqə əvvəl “Whatsapp”-da status paylaşıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub