Mətbuatda yayılan xəbərdə Şamaxı rayonunda yerləşən 5 saylı məktəbdə - Avropa liseyində ikinci sinif şagirdinin zorlanması iddia olunub. Yayılan xəbərdə qeyd olunub ki, şagird eyni məktəbdə təhsil alan oğlanlar tərəfindən zorlanıb, daha sonra xəstəxanada ölüb.
Mynews.az xəbər verir ki, yayılan xəbərlə bağlı adıçəkilən liseyin keçmiş direktoru Məzahir Məmmədov femida.az-a açıqlama verib. Keçmiş direktor bildirib ki, bu xəbəri məktəbdə işləyən iki nəfər qadın müəlliməsi yayıb.
"Bu xəbər kökündən yalnışdır. Mənim 62 yaşım var. Özüm də həmin məktəbdə uzun müddət direktor işləmişəm. Bu xəbəri yayan şəxslər keçən il məndən də şikayət məktubları yazırdılar. Neçə ay yoxlama keçirildi. Bir ay olar ki, həmin vəzifəni icra etmirəm. İndi də direktor vəzifəsini müvəqqəti icra edən Zərifə müəlliməni gözdən salmaq məqsədi ilə o adamlar bu xəbəri yayır. Özləri vəzifəyə gəlmək istəyirlər"
Məzahir Məmmədov, həmçinin qeyd edib ki, bu xəbərlə bağlı hüquq mühafizə orqanları və Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.
"Dünən bütün şagirdləri saydılar. Şagirdərin davamiyyəti yerindədir. Saytlar yazır ki, guya uşağı və anasını öldürüblər. Şamaxıda hamı bir-birini tanıyır. Onu harada yandırıblar ki, heç kim görməyib?"
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub