Azərbaycanda maraqlı oğurluq hadisəsi baş verib.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə toy günü baş verib. Belə ki, toy günü qız evinin mənzilindən 3500 manat pul və 2000 manat dəyərində qızıl aparılıb. Qız evi məsələ ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.
Polisin və qız evinin ilkin ehtimalına görə, bu, oğurluq hadisəsidir. Onlar bu hadisənin oğlan evi tərəfindən planlandığını ehtimal edirlər.
Belə ki, oğlan evi el adətinə görə, qız evindən “götürməli olduqları” əşyanın yerinə belə bir üsula əl atıblar. Evdə heç bir əşyaya toxunulmayıb, sadəcə qeyd olunan məbləğdəki pul və zinət əşyaları götürülüb.
Qeyd edək ki, polis tərəfindən mənzilə baxış keçirilib, maddi sübutlar və barmaq izləri götürülüb. Hazırda iş Xətai rayon polis bölməsinin istintaq idarəsində araşdırılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub