Türk qızın dodaqları Azərbaycanda oxuyan kosmetoloqun qurbanı oldu FOTO

1313
Türk qızın dodaqları Azərbaycanda oxuyan kosmetoloqun qurbanı oldu FOTO

Azərbaycanda oxuduğunu iddia edən kosmetoloq türk qızın həyatını məhv edib.

Türkiyədə tibb bacısı kimi çalışan Merve Kalaş kosmetoloq həkimin qurbanı olub.

22 yaşlı Merve Keleş Adanada internetdə özünü mütəxəssis kimi təqdim edən saç ustası Soner G.-yə müraciət edib. Soner.G Azərbaycanda təhsil aldığını deyib. Dodaqlarından narazı olan gənc qız ilk olaraq 500 lirə (təqribən 260 manat) verərək təbii dolğu etdirib. Dolğu bir həftəyə əridiyi üçün o daha sonra 1000 lirə verərək silikon qoydurub. Saxta həkim klinikasının təmirdə olduğunu deyərək proseduru evində həyata keçirib. 

Lakin onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gözlənilən nəticəni verməyib. 

Silikon yerləşdiriləndən yarım saat sonra qızın dodaqları şişib, yanmağa başlayıb. Bir gün sonra yenidən həkimə müraciət edən qadın dözülməz ağrısı olduğunu bildirib. Cavabında isə "Bu mənlik deyil. İnfeksiya düşüb, həkimə get" cavabını eşidib. İlk xəstəxanada ona antibiotik müalicəsi yazılıb. Lakin ağrı azalmayıb. 

Bundan sonra Kaleş çalışdığı xəstəxanaya müraciət edib. Nəticədə onun dodağındakı maddənin mənşəyinin bəlli olmadığı və allergik reaksiyanın başladığı bəlli olub. Əgər istifadə edilən maddəni təmizləmək mümkün olmazsa gənc qız dodaqlarını tamamilə itirə bilər. 

Bundan sonra tibb bacısı "həkim" haqqında polisə müraciət edib. 

Soner G. isə qadın saç ustası olduğunu deyib, haqqındakı iddiaları təkzib edib. "Mən özümü estetik həkim kimi tanıtmamışam. Heç bir prosedur etməmişəm. Pul istədilər, vermədiyim üçün də iftira atırlar. Hətta şantaj ediblər". 

///İstiPress

Xəbər lenti