Bakıda 54 yaşlı kişi evinə çağırdığı 14 yaşlı qızı... Dəhşət

687
Bakıda 54 yaşlı kişi evinə çağırdığı 14 yaşlı qızı... Dəhşət

Bakıda qonşuluqda yaşadığı 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
 
Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında məhkəmədən M. Əliyev barəsində sanksiya üzrə ən ağır cəza - 8 il azadlıqdan məhrumetmə tələb edib.
 
Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, M. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə bu il Nizami rayonu Keşlə qəsəbəsində baş verib. M. Əliyev qonşuluqda yaşayan 14 yaşlı qızı həyətdə görüb. Qızın beli ağrıyırmış. Bu zaman Məhəmməd Əliyev qızı evinə çağırıb. Bildirib ki, onu Quranın altından keçirəcək, bundan sonra 14 yaşlı qızın ağrıları keçəcək. 14 yaşlı qız M. Əliyev sözünə inanaraq onun evinə gəlib. Bu zaman 54 yaşlı kişi qıza qarşı seksual xarakterli hərəkətlər törədib.
 
Qız evdən çıxaraq hadisə ilə bağlı valideynlərinə danışıb. Valideynlərin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Məhəmməd Əliyev həbs edilib.
 
Onu da bildirək ki, bu, Məhəmməd Əliyevin 5-ci həbsidir. Bundan qabaq o, zorlamaya görə 2, oğurluğa görə də 2 dəfə həbs edilib. 

Xəbər lenti