Respublikanın daxili işlər orqanları tərəfindən insanların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması, eyni zamanda magistral yollarda qəzaların baş verməsinə şərait yaradan amillərdən biri olan keyfiyyətsiz avtomobil təkərlərinin satışının qarşının alınması və bu işlə məşğul olan şəxslərə qarşı mübarizə çərçivəsində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Mynews.az-ın xəbər verir ki, bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakının Xətai rayonunda yerləşən obyektlərdən birində keçirdikləri tədbirlərlə istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini Fərid Şamilov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xüsusi alət və avadanlıqların köməyi ilə köhnə, istifadəyə yararsız şinlərin üzərində yeni izlər açaraq onların təzə təkər adı altında satışını təşkil edib və dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurub. F.Şamilovun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertiza tərəfindən verilən rəydə sonradan kustar üsulla cizgilənən həmin təkərlərin istismarının yollarda real qəza şəraiti yarada biləcəyi qeyd edilib.Onun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkarlanıb
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırma aparılır.
1
“Yas mərasimlərində dəyişiklik: Yeni ehsan forması GÜNDƏMDƏ”
801 dəfə oxunub
2
15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
770 dəfə oxunub
3
Prezident Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirdi
769 dəfə oxunub
4
Türkiyədə güclü zəlzələ oldu
767 dəfə oxunub
5
Fazil Mustafa baba oldu
749 dəfə oxunub