Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, Salyan şosesi ilə hərəkətdə olan 99-EE-114 dövlət qeydiyyat nişanlı “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib.
Yol Patrul Xidmətinin əməkdaşı, polis çavuşu Səxavət Abdullayevbildirib ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Xəsarət alan sərnişinlər - 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərimqızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
A.M.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub