Bakıda şadlıq evindən içi pulla dolu seyf oğurlanıb. Mynews.az-ın məlumatına görə, Lent.az xəbər verir ki, dünən gecə saatlarında Nizami rayonu, Mehdi Abbasov küçəsi 22 ünvanında yerləşən “Romance Palace” şadlıq sarayından içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar. Bildirilir ki, hadisə şadlıq sarayında keçirilən toy mərasimi zamanı baş verib və seyfdəki pul toy sahibinə çatmalı imiş.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub