USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanda dəhşətli hadisə azyaşlı sünnət zamanı öldü

21:41 03.05.2017
Azərbaycanda dəhşətli hadisə azyaşlı sünnət zamanı öldü
21:41 03.05.2017
Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.   Report-un verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.    Belə ki, valideynləri Kənan Abutalıbov Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.    Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.    Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti