Gürcüstan Daxili İşlər Nazirliyi Bakı-Supsa boru kəmərindən neft oğurlayan dəstəni yaxalayıb. Mynews.az-ın verdiyi məlumata görə, Gürcüstan DİN-dən bildiriblər ki, Şida Kartli polis departamentinin və DİN-in xüsusi tapşırıqlar departamentinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
Müəyyən edilib ki, təqsirləndirilən şəxslər Bakı-Supsa boru kəmərinin Qori rayonunun Rexa kəndindən keçən hissəsində satış məqsədilə sistematik olaraq oğurluq ediblər. Hüquq-mühafizə orqanları oğurlanmış neftin bir hissəsini maddi sübut kimi ələ keçirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
(AZƏRTAC)
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub