Qəzanı törədən iş adamının 14 yaşlı oğlunun dəbdəbəli həyatı YENİLƏNİB FOTOLAR

934
Qəzanı törədən iş adamının 14 yaşlı oğlunun dəbdəbəli həyatı YENİLƏNİB FOTOLAR

Dünən 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə adam öldürən şəxsin 14 yaşlı yeniyetmə olması cəmiyyətdə rezonansa səbəb olub. Ağaəli Fərəclinin iş adamı olan atasıFüzuli Fərəcov hələ avtomobil sürmə yaşında olmayan oğluna nəqliyyat vasitəsini necə etibar etməsi ilə bağlı sualdan yayınsa da, məsələ həm sosial şəbəkələrdə, həm də mətbuatda gündəm mövzuya çevrilib. Yeniyetmənin bahalı avtomobili ilə Heydər Əliyev prospektində avtoxuliqanlıq etdiyini göstərən videogörüntülər isə məsələni bir az da şişirdib.

Mynews.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bakipost.az-a bildirib ki, 14 yaşlı uşağa avtomobil idarəetməni etibar edən şəxs məsuliyyətə cəlb edilməlidir: “Qanunda qeyd edilir ki, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil idarəetməni etibar edən məsuliyyətə cəlb olunur. 14 yaşlı uşağın valideyni və onun sürdüyü avtomobil var. O avtomobilin kimə məxsus olması araşdırılacaq. Həmin şəxsi də cəzalandırıb, ona protokol tərtib edəcəklər. Ən azından qanunvericilikdə verilən tələblər əsasında məsuliyyət tətbiq ediləcək”.

Vaqif Əsədov hesab edir ki, ictimai qınaq medotlarından da istifadə etmək lazımdır: “O azyaşlının valideynlərinin kim olub-olmamasından asılı olmayaraq təbliğat işlərini genişləndirmək lazımdır. Əlbəttə ki, belə bir hərəkət etirazla qarşılanmalıdır. Kim olmasından asılı olmayaraq, buna don geyindərməyə çalışmayaq. Çünki yayılan videoda sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Təbii ki, aidiyyəti üzrə də tədbir görüləcək”.

Qeyd edək ki, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli avtomobillə 2 uşaq anası, 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçıb. O, qəzanı 99-BS-999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törədib. 24 yaşlı Xəyalə Məmmədova yerindəcə dünyasını dəyişib.

14:33

“Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə dünən saat 16:00 radələrində 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik.

Hadisəni törədərək qaçan şəxs, iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur.

Mynews.az xəbər verir ki, F.Fərəcov hadisə ilə bağlı unikal.org-a danışıb.

O bildirib ki, hazırda araşdırma aparılır: “Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, “14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”, - deyə qeyd edib.

“Bəs 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?” sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

Polisdən Sputnik Azərbaycana verilən məlumata görə, avtomobil yeniyetmənin atasına məxsusdur. A.Fərəcov cinayət məsuliyyətinə cəlb edilməyəcək, belə ki, yetkinlik yaşına çatmayıb.

İşin materialları araşdırılması üçün DİN istintaq orqanına verilib.

Qeyd edək ki, AR Cinayət Məcəlləsinin iki “avtomobil nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması” və “yol-nəqliyyat hadisəsi yerindən qaçmaq” maddəsi üzrə cinayət işi açılıb. Bəzi məlumatlara görə, Füzuli Fərəcov “Mohito” və “Parаdize” klublarının sahibidir.

11:58

Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər" stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Mynews.az lent.az-a istinadən xəbər verir ki, maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

Qeyd edək ki, X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.

 

 

 

 

 

 

 

A.M.

 

Xəbər lenti