Göyçay rayonunda iki qardaş arasında baş verən dava qanla nəticələnib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21:00 radələrində Göyçayın Bəydövül kənd ərazisində, su arxının üstündə qeydə alınıb. Kənd sakini 1956-cı il təvəllüdlü Umudov Sahib Süleyman oğlu həyətyanı sahəsini suvarmaq üçün su tapmadığına görə qardaşı, Bəydövül Kənd Sudan İstifadə edənlər Birliyinin sədri, 1962-ci il təvəllüdlü Umudov Fizuli Süleyman oğlu arasında dava düşüb.
Sahib Umudov qardaşına suvarma suyu ilə bağlı narazılığını bildirib və əsəbiləşərək cibindəki bıçaqla ona xəsarət yetirib. Fizuli Umudov təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub